4.12.2010

WikiLeaks Kəmaləddin Heydərov haqqında

Dekabrın 3-də axşam ABŞ-ın Bakıdakı səfirinin müavini Donald Lu Azərbaycan haqqında növbəti məxfi məlumatı açıqlayıb. Bu dəfə diplomat Dövlət Departamentinə müraciətində oliqarxlardan biri, FHN rəhbəri Kəmaləddin Heydərovdan bəhs edir. Sənəd 2010-cu il fevralın 24-də göndərilib. 
     Məktubun xülasəsində deyilir ki, iqtisadi və siyasi qüvvələr baxımından Heydərovlar ailəsi Azərbaycanda Paşayevlər ailəsindən sonra ikinci ailədir. 
     Heydərov əvvəllər Dövlət Gömrük Komitəsinin (Azərbaycanda korrupsiyaya uğramış qurumlardan biri) sədri olub. 
     Heydərovlar ailəsi meyvə şirələrinin istehsalından tutmuş daşınmaz əmlakın idarə olunmasına kimi nəhəng işgüzar imperiyaya nəzarət edir. 

     Hakimiyyətin arxasında dayanan adam

     Kəmaləddin Heydərov “ailə”nin ən nüfuzlu üzvlərindən biridir. Bir çox müşahidəçilər onun hətta ölkə prezidentindən də qüdrətli olduğunu hesab edirlər. 
     Şərh: Xidmət bunu mümkün hesab etmir, hərçənd ki Heydərov ölkədə böyük aktivlərə və sərvətə malikdir, nəinki prezident. Şərhin sonu. 
     Onun atası Fəttah Heydərov Qəbələ rayonundan parlamentin üzvüdür və Bakıdan kənarda ailənin əsas bazası sayılır. 
     Kəmaləddin Heydərov 9 il Dövlət Gömrük Komitəsinin sədri olub. 2006-cı ildə isə hərbləşdirilmiş Fövqəladə Hallar Nazirliyinin rəhbəri təyin edilib. 
     Heydərov 1961-ci ildə anadan olub, özəl və dövlət qurumlarında çalışıb. 35 yaşında birdən-birə Dövlət Gömrük Komitəsinin sədri postunu tutub. Heydərovun hakimiyyətə gəlişi qismən onun atasının və keçmiş prezident Heydər Əliyevin sıx münasibətlərinin nəticəsidir. Hakim partiyanı xeyli zənginləşdirən Heydərov bundan sonra Heydər Əliyevin inamını qazandı və sonuncu onu DGK-nın sədri təyin etdi. 
     Gömrük Komitəsi Heydərova böyük var-dövlət gətirdi. Çox güman ki, Heydərov indi də DGK-dan böyük mənfəət götürür, çünkü qurumu onun sadiq xələfi idarə edir. 

     Ən vacib şeylərin nazirliyi

     
     FHN Azərbaycanda ən nüfuzlu nazirliklərdən birinə çevrilməyə nail oldu. FHN-nin digər nazirliklər arasında ən yüksək gəlirli qurum olduğu ehtimal edilir. FHN-nin özünün belə hərbiləşdirilmiş bölmələri var. 
     2008-ci ildə Vaşinqtona səfəri zamanı Heydərov xatırladıb ki, onun nazirliyi Bakının yaxınlığında yerləşən və özünün sovet vaxtlarında xidmət etdiyi zenit batareyasını nəzarətə götürüb. Hazırda nazirlik Yanğından Mühafizə Departamentinə və digər fövqəladə xidmətlərə - yanğın müfəttişliyinə, Dövlət Taxıl Fonduna, həmçinin tikinti üçün lisenziyaların verilməsinə nəzarət edir. 
     Azərbaycanın məhkəmə sistemində işi o halda udmaq olar ki, ya hakimlə dostluq edəsən, ya da Bencamin Franklini dəvət edəsən (yəni, yaxşı pul verəsən). Əlbəttə, məhkəmə zalında qalib gəlməyin başqa yolu da var – ciddi siyasi qüvvəni təmsil etmək. 
     2007-ci ildə tikinti işləri zamanı çoxmərtəbəli binalardan birinin uçması nəticəsində bir neçə nəfər həlak olub. 2010-cu ilin yanvarında Neftçilər prospektində tikilən binalardan birindən üç fəhlə yıxılaraq həlak olub. Bakıda şübhəli tikintilər geniş vüsət alıb. Belə ki, şəhərin mərkəzində yeni spekulyativ binalar (çoxmərtəbəlilər də daxil olmaqla) boş qalıbr, praktik alıcılar isə mənzilləri hələ müstəqillik illərindən əvvəl tikilmiş “stalinkalar”da alır. Deyilənə görə, hündür olmayan bu binalar daha yüksək standartlara uyğun tikilib, etibarlı və təhlükəsizdir. 
     Bu cür misallar FHN-nə yaxşı reputasiya qazandırmır. Əgər zəlzələ baş verərsə, binalar kütləvi şəkildə uçarsa ümümi qəzəb 1997-ci ildə İstanbulda olduğu kimi podratçıların və korrupsiyaya uğramış bürokratların üzərinə düşməyəcək. Az nüfuza malik təşkilatlar yüngül qurbanlar ola bilər, fəlakətin FHN kimi əsl memarları isə istənilən repressiyadan qaçmaq üçün lazımi vasitə və dövlət resursu tapacaq. 

     Onun uşaqları və onların oyuncaqları

     Kəmaləddin Heydərovun iki oğlu – Taleh və Nicat Heydərovlar bu yaxınlarda iki “Qolfstrim” təyyarəsi almaq arzusunda olduqlarını bildiriblər. Təyyarənin hər biri 20 milyon dollar dəyərində qiymətləndirilir. Ailəyə həmçinin “Agrobus A319” korporativ təyyarəsi məxsusdur. İlkin olaraq bildirilmişdi ki, “Qolfstrim” hüququ "Shams al Sahra FZCO" şirkəti (Dubayda Nicat və Talehin adına qeydə alınmış) və cənab Mənuçöhr Əhədpur Xanqan arasında bölünüb. Onların hər biri təyyarələrin 50%-nə sahibdir. Xanqan əvvəllər səfirliyə tanış deyildi. Lakin “Qolfstrim” şirkətindən alınan məlumata görə, o, həm İran, həm də Azərbaycan vətəndaşlığına malikdir (başqa pasportunun olub-olmadığı məlum deyil). 
     “Qolfstrim” şirkəti Heydərovlardan onların maddi sərvətinin qanuniliyini təsdiqləyən məlumat istəyib. Heydərovlar ailə aktivlərinin qısa icmalını təqdim ediblər. Məlum olub ki, onlara daha çox firma məxsusdur, nəinki digər istənilən Azərbaycan ailəsi: ərzaq konservləşdirilməsi, tikinti materialları, beton, asfalt, kimyəvi maddələr, kərpic, gips materialları, dəri, süd, şürə, spirtli içkilərin istehsalı, fortepiano satışı, CD və DVD məhsulların hazırlanması, həmçinin bank, turizm, kənd təsərrüfatı, sığorta və tikinti sahələrində çalışan şirkətlər. 
     Ailə əməliyyatlarının çoxu "Gilan", "Qabala", "Jala" və "United Enterprises International» şirkətləri vasitəsilə həyata keçirilir. 
     Heydərovlar Azərbaycanda meyvə şirəsi bazarını inhisara alıblar. Onlar yerli bazarda meyvə şirələrinin qiymətlərini yüksək saxlamaqla Gömrük Komitəsinin köməyilə Türkiyə, Ukrayna və Rusiyadan olan daha ucuz rəqiblərin işini çətinləşdirir. USAID Azərbaycanda nar istehsalı və tədarükünü dəstəkləməyə cəhd göstərəndə onlar tez bildiriblər ki, Heydərovun icazəsi olmadan heç kim nar şirəsi və ya onun konsentratını satmır. 
     Azərbaycan iqtisadiyyatı xeyli dərəcədə inhisarşı maraqlara tabedir və müşahidəçilər ehtimal edirlər ki, Heydərov bu rəqabətsiz piramidanın başında durur. Şayiələrə görə, Heydərov yerli 
     «Pepsi», «Red Bull», «British American Tobacco», «Japan Tobacco» və «Imperial Tobacco» 
    zavodlarına maraq göstərir. O, «Caspian Fish Company» şirkətinə sahib olması və onu idarə etməsi haqqında amerikalı nümayəndə heyətinə həvəslə məlumat verib. 
     Heydərovlar mədəniyyət sahəsində də özlərini göstəriblər. Kəmaləddin Heydərov bəstəkardır və keçmiş prezident Heydər Əliyev haqqında mahni yazıb. 
     Heydərovun oğlu Taleh Azərbaycan Avropa Cəmiyyətinin prezidentidir. Cəmiyyət özünü müstəqil qrup kimi təqdim edir, lakin onun apardığı danışıqların mövzusu rəsmi Azərbaycanın məqsəd və səylərini dəqiq əks etdirir. Bu yaxınlardakı görüşdə Taleh və onun komandası Dağlıq Qarabağda “erməni təcavüzü”, Amerikanın insan hüquqları və demokratiya haqqında hesabatlarında “ikili standartlar” haqqında danışıb. Konqresin Dağlıq Qarabağ anklavına humanitar yardımı təmin etmək səylərindən şikayətlənib. 
     Taleh və (və ya) Nicat həmçinin “Qəbələ” futbol klubunun sahibidir. “Qəbələ” həqiqətən də birləşmiş millətlərin komandasıdır. Ora Avropanın hər yerindən, Latın Amerikası və Afrikadan oyunçular daxildir. Hər iki oğul Londonda təhsil alıb və hazırda orada yaşayır. 
     Taleh London iqtisadiyyat məktəbində beynəlxalq münasibətlər və tarix üzrə bakalavr, Birkbek kollecində isə təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr dərəcəsinə malikdir. 
     Nicat London Universitet kollecində siyasət və Şərqi Avropa araşdırmaları üzrə bakalavr, London iqtisadiyyat məktəbində menecment, təşkilatçılıq və rəhbərlik üzrə magistr dərəcəsinə malikdir. 

    Kral olmaq yaxşıdır

     Ailə Qəbələ, Masallı və Lənkəranda böyük nüfuza malikdir. Ehtimal olunur ki, Heydərov Gömrük Komitəsini idarə etməkdə, Vergilər, Ekologiya və Təbii Sərvətlər, İqtisadi İnkişaf nazirliklərinə təsir göstərməkdə davam edir. Əlbəttə ki, Heydərova əlavə mənfəəti FHN-nin geniş fəaliyyəti gətirir. Müşahidəçilər qeyd edirlər ki, FHN Bakıda işə düzəlmək üçün ən arzuolunan yerdir. Heydərov isə əmək haqqını vaxtında və dəqiq ödəyən rəhbər reputasiyanı qazanıb. Bundan əlavə, əməkdaşlar FHN-də işləmələrindən faydalanırlar. Belə ki, onlar öz uşaqlarını ən yeni və yaxşı maliyyələşdirilən dövlət məktəblərində oxudurlar. Bu cür tədbirlər nazirin adamlarında ona qarşı loyal münasibət yaradır. 

    Kəmaləddin Heydərovun yolunda dayanmayın

     Məlumatlara görə, hazırda Heydərov kənd təsərrüfatı naziri İsmət Abbasovla “taxıl uğrunda mübarizə” aparır. Belə ki, Heydərov onun yerinə parlament üzvü Eldar İbrahimovu təyin etdirmək istəyir. 
     Tarixən Heydərovla mübarizə aparanların aqibəti pis nəticələnib: Fərhad Əliyev və Heydər Babayev Heydərova qarşı müxalifətə keçdikdən sonra İqtisadi İnkişaf Nazirliyindən sıxışdırılıb. Onların hər ikisi islahatçı olub və onların təklifləri Heydərovun FHN və DGK-dakı maraqlarına ziyan vura bilərdi. Bundan əlavə, bəzi müxalifət qəzetləri onları baş nazir postuna potensial namizəd adlandırırdı. Bu cür islahatlardan gələn təhlükəni hiss edən Heydərov qətiyyət nümayiş etdirib – hər iki əleyhdar hökumətdən uzaqlaşdırılıb, onların biznez maraqlarına isə demək olar ki ciddi ziyan vurulub. 
     2009-cu ildə yayılan şayiələrə görə, HHQ komandanı və Müdafiə Nazirliyinin nümayəndəsi general Rail Rzayevin ölümünün arxasında Heydərov durur. Şayiələrə görə, Rzayevin vertolyotu uçuşa icazə almayaraq havaya qalxdıqdan sonra qəzaya uğrayıb.


S E C R E T SECTION 01 OF 04 BAKU 000127 SIPDIS COMMERCE FOR D.STARKS EEB/CBA FOR T.GILMAN DEPT PLEASE PASS TO USTR FOR C. MORROW AND P. BURKHEAD E.O. 12958: DECL: 02/24/2020 TAGS: ECON, EINV, EIND, ETRD, KCOR, PINR, PGOV, RS, KS, IR, TU, AJ SUBJECT: AZERBAIJAN: WHO OWNS WHAT VOL. 2 - THE MINISTER OF EMERGENCY SITUATIONS, BELUGA CAVIAR, AND FRUIT JUICE (C-RE9-02494; C-RE9-02493; C-RE9-02492) REF: BAKU 54 Classified By: Charge d'Affaires Don Lu, a.i., for reasons 1.4(b) and ( d).

Mənbə:  Mənbə: Xatırladaq ki, Wikileaks saytına hücumlar olduğu üçün yenilənməyib. Ona görə də Julian Assange sənədləri müxtəlif məşhur qəzetlərə, media orqanlarına ötürür. Bu sənədin mənbəyi isə burdadır

1 yorum:

  1. http://www.guardian.co.uk/world/us-embassy-cables-documents/250614

    YanıtlaSil